"Mançester Siti"yə rəhbərlik edəcəyi rəsmən açıqlanan Pep Qvardiolanın transfer siyahısı açıqlanıb. Fanat.az xəbər verir ki, İngiltərə mətbuatı ispan mütəxəssisin bir çox ulduzları Mançesterə aparacağını iddia edib.
Bu siyahıda ilk pilləni Lionel Messi tutur. Düzdü, argentinalı ulduzun "Barselona"nı tərk edəcəyi inandırıcı görünmür. Amma "Mançester Siti"nin onun üçün istənilən qədər pul ödəyə hazır olduğu deyilir.
Qvardiolanın transfer siyahısında ilk pillələrdə "Yuventus"dan Paul Poqba və "Everton"dan Con Stones qərarlaşıb. İspan mütəxəssis onlarla yanaşı, "Bavariya"da rəhbərliyi altında oynayan Robert Levandovski və Tyaqo Alkantaranı da İngiltərəyə aparmaq istəyir. Onun transfer siyahısında həmçinin Ilkay Gundogan (Borussiya Dortmund), Aymerik Laporte (Atletik) və Filipe Kutinyo (Liverpul) da var.
Fanat.az