"Mançester Siti"nin baş məşqçisi Xosep Qvardiolanın atası mətbuata maraqlı açıqlama verib.
Fanat.Az xəbər verir ki, "Radio Villa Trinidad"a danışan Valentino Qvardiola oğlunu İspaniya millisinin baş məşqçisi postunda görmək istəmədiyini dilə gətirib.
"Ona nə edəcəyi mən deyə bilmərəm. Tezliklə 50 yaşı tamam olacaq. Nəyin uyğun olub-olmadığını özü bilir. Bəli, sizə deyə bilərəm ki, şəxsən mən onun İspaniya millisinə rəhbərlik etməsini istəmirəm. Mütəxəssis və ya başqa bir rolda "Barselona"ya qayıtması istisna deyil. Ancaq milliyə gedəcəyinə şübhə edirəm", - deyə ata Qvardiola bildirib.
Qeyd edək ki, Xosep Qvardiola 1992-2001 illərdə futbolçu olaraq İspaniya millsinin şərəfini qoruyub.
Röya