Pep Qvardiolanın "Mançester Siti"də görmək istədiyi daha bir futbolçunun adı müəyyənləşib. Fanat.az xəbər verir ki, ispan mütəxəssis Leonardo Bonuççinin transferini istəyib.
Məlumata görə, "Mançester Siti" bu futbolçu üçün "Yuventus"a 60 milyon avro təklif edir. Bonuççinin özünə isə illik 8 milyon avrodan 5 ili əhatə edən müqavilə təklif edilir. Beləliklə, bu transfer baş tutsa, "Mançester Siti" 29 yaşlı italyan mərkəz müdafiəçisi üçün 100 milyon avro xərcləmiş olacaq.
Qeyd edək ki, Leonardo Bonuççi 2010-cu ildə "Bari"dən "Yuventus"a 15,5 milyon avroya keçib. "Transfermarkt" hazırda ona 30 milyon avro qiymət qoyub. Ötən mövsüm 49 rəsmi oyuna çıxan italyan futbolçu 3 qol vurub.
Fanat.az