"Mançester Siti"nin baş məşqçisi Pep Qvardiola üçün göz qamaşdıran transfer büdcəsi ayrılıb. Fanat.Az xəbər verir ki, bu barədə İngiltərənin məşhur "The Sun" qəzeti məlumat yayıb.
Bu mövsüm gözlənilən uğurları qazana bilməyən Qvardiola yayda heyəti gücləndirmək üçün 250 milyon funt-sterlinq (bu günkü məzənnə ilə 544 milyon 775 min manat) xərcləyə biləcək.
Qvardiolanın bu məbləği "Monako"dan Kilian Mbappe, "Tottenhem"dən Kile Ualker, "Sautqempton"dan Virgil van Diyk və "Arsenal"dan Aleksis Sançes kimi futbolçuların transferinə sərf etmək istəyir.
Qeyd edək ki, "Mançester Siti" cari mövsümdə heç bir titul qazana bilməyib. Premyer Liqada 32 oyundan sonra 64 xalla 4-cü pillədə qərarlaşan komanda Çempionlar Liqasında mübarizəni 1/8 finalda, İngiltərə Federasiya Kubokunda yarımfinalda, Liqa Kubokunda isə 4-cü turda dayandırıb.
Fanat.Az