Qvardiola "Barselona"nın ulduzunu yola gətirə biləcəkmi?

Qvardiola "Barselona"nın ulduzunu yola gətirə biləcəkmi?

"Mançester Siti"nin baş məşqçisi Xosep Qvardiola "Barselona"nı ulduzunu komandasında görmək istəyir.

Fanat.Az xəbər verir ki, məlumatı "El Nacional" yayıb.

Xəbərə görə, bu, braziliyalı vinger Rafinyadır. Mənbə ispaniyalı mütəxəssisin cənubi amerikalının heyətə qatılmasının vacibliyini klub rəhbərliyinə çatdırdığı, İngiltərə nəhənginin keçidi cari mövsümün sonunda reallaşdırmağı hədəflədiyi vurğulanıb.

Qeyd edək ki, cari mövsüm "blauqrana"nın forması ilə bütün turnirlərdə 45 matça çıxan Rafinya 28 qol və 22 məhsuldar ötürmə ilə yadda qalıb.

Nihat

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər