Qvardiola "Barselona"dakı yetirməsini istəyir

Qvardiola "Barselona"dakı yetirməsini istəyir
"Mançester Siti"nin baş məşqçisi Pep Qvardiolanın istədiyi daha bir futbolçunun kimliyi müəyyənləşib. Fanat.az xəbər verir ki, ispaniyalı mütəxəssis həmyerlisi Nolitonun xidmətində maraqlıdı.
Məlumata görə, Qvardiola "Barselona"da rəhbərliyi altında oynamış futbolçunun transferini çox istəyir. Hücum və yarımmüdafiə xəttində oynayan Nolitonun transferi üçün "Mançester Siti"nin "Selta"ya 14 milyon funt-sterlinq təklif edəcəyi deyilir.
Qeyd edək ki, "Selta" Nolitonu 2013-cü ildə "Benifka"dan 2,6 milyon avroya alıb. Hazırda İspaniya millisi ilə Avropa çempionatında iştirak edən 29 yaşlı futbolçuya "Transfermarkt" 15 milyon avro qiymət qoyub. Nolito başa çatan mövsümdə 29 rəsmi oyuna çıxıb və 12 qol vurub.
Fanat.az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər