Qvardiola "Barselona"ya qayıdır? - Deku açıqladı

Qvardiola "Barselona"ya qayıdır? - Deku açıqladı

"Barselona"nın idman direktoru Deku komandanın "sükanı"nın Xosep Qvardiolaya  tapşırılacağı ilə bağlı yayılan məlumatlara aydınlıq gətirib.

Fanat.Az xəbər verir ki, tanınmış insayder Fabritsio Romano onun dediklərini belə çatdırıb:

"Hazırda heç bir mütəxəssislə danışıq aparmırıq. Qvardiola? Onun başqa klubla müqaviləsi var. Pepin qayıdışı barədə danışmaq "Mançester Siti"yə qarşı hörmətsizlik olar". 

Xatırladaq ki, Qvardiola 2009-2012-ci illər aralığında Kataloniya təmsilçisinin baş məşqçisi olub. "Blauqrana" sözügedən mütəxəssisin rəhbərliyi altında 2 dəfə Çempionlar Liqasının qalibi adını qazanıb.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər