Qvardiola "Barselona"nı çalışdıra bilər - Özü açıqladı

Qvardiola "Barselona"nı çalışdıra bilər - Özü açıqladı

"Mançester Siti"nin baş məşqçisi Xosep Qvardiola "Barselona"ya qayıtmağa hazırdır. 

Fanat.Az xəbər verir ki, bu barədə o, "X" ("Twitter") hesabında paylaşım edib.

Kataloniyalı mütəxəssis Xavinin mövsümün sonunda ayrılacağı klubu təhvil almaq arzusunu gizlətməyib: 

“Bəli, mümkündür. “Mançester Siti”ni və ya bir başqa komandanı çalışdıra bilərəm. Amma “Barselona” məni çağırsa, ora gedəcəyəm. Çünki "Barsa" mənim klubumdur”.

Qeyd edək ki, Qvardiola "Barselona"nın məzunudur və 1990-2001-ci illərdə futbolçu kimi əsas komandada çıxış edib. O, 2008-2012-ci illərdə komandanı çalışdırıb və "Barselona"ya iki dəfə Çempionlar Liqasında qələbə qazandırıb.

Mirağa

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər