Gələn mövsüm "Mançester Siti"ni çalışdıracaq Pep Qvardiola rəhbərlikdən 8 futbolçunun transferini istəyib. Fanat.az xəbər verir ki, artıq ispan mütəxəssisin hədəfindəki iki futbolçunun kimliyi müəyyənləşib.
İddiaya görə, Qvardiola nəyin bahasına olursa-olsun, "Atletik"dən Aymerik Laporte və "Everton"dan Con Stonesin transferini istəyib.
Qeyd edək ki, Aymerik Laporte 2012-ci ildən "Atletik"də çıxış edir. 21 yaşlı fransalı müdafiəçi 149 rəsmi oyunda 7 qola imza atıb. O, Fransanın bütün aşağı yaş qrupları üzrə yığmalarına çağırılsa da, A millidə hələ debüt etməyib.
Con Stones isə 2013-cü ildə "Barnsli"dən "Everton"a 3,5 milyon avroya transfer olunub. İngilis müdafiəçi indiyədək Premyer Liqa klubunun heyətində 86 rəsmi oyun keçirib və 1 qol vurub. O, İngilətərənin A millisinin heyətində 8 oyuna çıxıb.
Fanat.az