“Əlbəttə, qış fasiləsinə lider mövqeyində yollanmaq xoşdu. Ancaq bizi fasilədən sonra da gərgin mübarizənin gözlədiyini bilirik”. Bu sözləri Fanat.az-a açıqlamasında “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov deyib.
36 xalla turnir cədvəlinin zirvəsində qərarlaşan ağdamlıların çalışdırıcısı 3 transferə ehtiyac duyduğunu açıqlayıb: “Müdafiə, yarımmüdafiə və hücuma yeni futbolçuların cəlb olunmasını istəyirəm. Fikrimcə, bir qədər güclənməliyik. 3 futbolçu gətirsək, heyət baxımından hər şey qaydasına düşər”.
Fanat.az