"Qarabağ" yayda bütün mövqelərə yeni futbolçular cəlb etmək istəyir. Fanat.az xəbər verir ki, bu barədə baş məşqçi Qurban Qurbanov açıqlama verib.
Çalışdırıcı bildirib ki, yeni futbolçular axtarırlar: "Yeni futbolçu axtarışındayıq. Hər mövqeyə oyunçu transfer etmək istəyirik".
Qurbanov İbrahim Şehiçin komandanı tərk edə biləcəyi ilə bağlı açıqlamasında da münasibət bildirib: "Düzü, bundan xəbərim yoxdu. Onun bizlə müqaviləsi var. Futbolçuya təklif gəlməsinə də normal baxıram".
Fanat.az