Qurban Qurbanov: "Hücum futbolu oynaya bilmədik"

Qurban Qurbanov: "Hücum futbolu oynaya bilmədik"
Qurban Qurbanov "Rəvan"la oyunla (0:0) bağlı fikirlərini bildirib. Fanat.az xəbər verir ki, "Qarabağ"ın baş məşqçisi istədikləri kimi hücum futbolu oynaya bilmədiklərini deyib:
"Rəqib komandada məşqçi işi görünür. Oyunu müdafiədən qurmuşdular, bu cür komandaya qarşı oynamaq həmişə çətin olur. Qol epizodlarından istifadə edə bilmədik. Ustalıq səviyyəsi yüksək olan futbolçularımız qol vura bilmədi. Futbolda belə hallar olur. Tam istədiyim kimi hücum futbolu oynaya bilmədik. Hər iki komanda taktiki planda düzgün oyun qurmuşdu".
Fanat.az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər