Qurban Qurbanov "Neftçi" ilə oyunla (3:1) bağlı fikirlərini bildirib. Fanat.az xəbər verir ki, "Qarabağ"ın baş məşqçisi yaxşı oyun keçdiyini deyib:
"Fikrimcə, hamınız komandaların oyunundan razı qaldınız. Yaxşı oyun oldu. "Neftçi" təcrübəli futbolçulardan təşkil olunmuş komandadı. Çoxlu qol epizodunu boşa verdik. Çempionatımızda gərgin mübarizə gedir. Bu cür oyunların olması hamımızın xeyirinədi. İlk oyunda komandalar qapalı oyun göstərmişdi. Bu gün isə hər iki komanda qalib gəlmək istəyirdi, buna görə açıq futbol oynadıq".
Fanat.az