Qurban Qurbanov "Rəvan"la oyunla bağlı fikirlərini bildirib. Fanat.az xəbər verir ki, "Qarabağ"ın baş məşqçisi yetirmələrindən narazı qalmayıb:
"Vladislav Qədirovu "Rəvan"a baş məşqçi təyin olunması münasibəti ilə təbrik edirəm. Ötən turdakı qələbə və bugünkü heç-heçə göstərir ki, komanda onun göstərişlərini uğurla yerinə yetirir. Vurduğumuz qol mənim üçün gözlənilməz oldu. Heyətlə bağlı problem olanda istədiyimiz oyunu göstərə bilmirik. Bəlkə də son 3 ayın psixoloji yorğunluğu özünü biruzə verir. Futbolçulara iradım yoxdu, qələbə üçün oynayırdılar. Alınmadı, hər şey ola bilər. Komandaya ikigünlük istirahət veriləcək, Admir Teli, Nikolas Gelaşvili və Ulriş Kapolonqo milli komandaların düşərgələrindən yeni qayıdıblar".
Fanat.az