Qurban Qurbanov bu futbolçuları "Ayntraxt"a qarşı oynada bilməyəcək - Dəqiqləşdi

Qurban Qurbanov bu futbolçuları "Ayntraxt"a qarşı oynada bilməyəcək - Dəqiqləşdi

Yanvarın 21-də UEFA Çempionlar Liqasının əsas mərhələsinin 7-ci turu çərçivəsində "Ayntraxt"ı qəbul edəcək "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanovun Almaniya komandasına qarşı neçə futbolçunu oynada bilməyəcəyi dəqiqləşib.

Fanat.Az-a klubun mətbuat xidmətindən verilən məlumata görə, bu qarşılaşmada iki oyunçu Azərbaycan çempionuna kömək edə bilməyəcək.

Qapıçı Şahruddin Məhəmmədəliyev zədədən sonra tam bərpa olunmadığı üçün kənarda qalacaqsa, noyabrın 19-da adı ÇL-in işçtirak ərizəsindən çıxarılan Kadinin də meydana çıxmaq şansı yoxdur.

Qeyd edək ki, "Qarabağ" - "Ayntraxt Frankfurt" oyunu yanvarın 21-də Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək və saat 21:45-də start götürəcək.

Nihat

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər