"Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov baxışda olan Dmitri Nağıyevlə bağlı qərarını verib. Fanat.az xəbər verir ki, Ukraynanın "Dnepr" klubundan baxışa gəlmiş gənc futbolçu baş məşqçinin etimadını qazana bilməyib və geri göndərilib.
Qeyd edək ki, Qurban Qurbanov Antalya toplanışında Rusiyanın ikinci liqa təmsilçisi “Qazprom Transqaz”dan gələn Fərhat Qıstarovu da sınamışdı. Bu futbolçu da baş məşqçinin etimadını qazana bilməmişdi.
Fanat.az