"Yuventus"un ulduzu Türkiyə nəhənginə keçir

"Yuventus"un ulduzu Türkiyə nəhənginə keçir

“Yuventus”un hücumçusu Mario Mancukiç yeni mövsümə “Beşiktaş”da başlaya bilər. Fanat.Az İtaliya mətbuatına istinadən xəbər verir ki, Türkiyə klubu xorvatı mərkəz hücumçusu mövqeyində oynatmaq üçün istəyir.

Massimiliano Alleqrinin son vaxtlar sol cinahda güvəndiyi futbolçu özü də türklərin təklifinə soyuq yanaşmır. İş ondadı ki, italyanlar “Beşiktaş”dan Turin klubuyla olan müqaviləsinin müddəti 2019-cu ildə başa çatacaq hücumçu üçün böyük məbləğdə təzminat tələb edir. “Qartallar”ın rəhbərliyi “para sandığının ağzını açacağı” halda, keçid reallaşacaq.

 

Qeyd edək ki, Mancukiç bu mövsüm “Yuventus”un formasıyla 47 oyuna çıxıb. Bu matçlarda 9 qol vuran forvard 7 məhsuldar ötürmə etməyə də imkan tapıb.

 

Fanat.Az

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər