İtaliyanın "Yuventus" klubu futbolçusu Daniele Ruqanini icarəyə verib.
Fanat.Az-ın məlumatına görə, informasiyanı Turin təmsilçisinin mətbuat xidməti yayıb.
30 yaşlı müdafiəçi bir mövsüm Niderlandda "Ayaks"ın formasını geyinəcək.
Qeyd edək ki, 2013-cü ildən "Yuventus"un əsas komandasında çıxış edən oyunçu müxtəlif klublara icarəyə verilib.