"Yuventus"un hücumçusu Moyze Kin "Fiorentina"ya keçib.
Fanat.Az xəbər verir ki, məlumatı "bənövşəyilər"in mətbuat xidməti yayıb.
24 yaşlı futbolçunun transferi Florensiya klubuna 13 milyon avroya başa gəlib. Turin təmsilçisi bu keçiddən müxtəlif bonuslar şəklində 5 milyon avro qazana biləcək.
Qeyd edək ki, Kin ötən mövsüm "Yuventus"un heyətində A Seriyası və İtaliya Kubokunda 20 oyun keçirib.
Nihat