"Yuventus"un əfsanəsi 45 yaşında karyerasını bərpa etdi

"Yuventus"un əfsanəsi 45 yaşında karyerasını bərpa etdi

"Yuventus"un əfsanəvi futbolçularından olan Pavel Nedved bir oyunluq karyerasını bərpa edib. Fanat.Az xəbər verir ki, 45 yaşlı veteran futbolçu bir oyunluq müqavilə imzaladığı Çexiyanın "Skalna" klubunda son matçına çıxaraq karyerasını bitirəcək.

"Yuventus"un heyətində keçirdiyi son matçdan 8 il sonra karyerasını bitirmək istəyən Nedved vida oyununu"Skalna"da etmək qərarına gəlib. 

Qeyd edək ki, Nedved Çexiyanın "Viktoriya", "Dukla" və "Sparta" klublarında çıxış etdikdən sonra 1996-cı ildə 3,5 milyon avroya "Latsio"ya transfer olunmuşdu. "Roma" klubu 2001-ci ildə onu "Yuventus"a 41,2 milyon avroya satıb. Çex ulduz 2009-cu ilədək Turin klubunun formasını geyinib.

O, "Yuventus"un heyətində İtaliya çempionluğunu (2 dəfə), İtaliya Super Kubokunu (2) qazanıb, Çempionlar Liqasında final oynayıb. Turin klubu aşağı liqaya göndəriləndə komandanı tərk etməyib və 2006/07 mövsümündə B Seriyasının qalibi olaraq yenidən A Seriyasına qayıdıb. 

Nedved "Latsio" ilə də uğurlar qazanıb. Belə ki, Roma klubunun heyətində A Seriyasının (1), İtaliya Kubokunun (2), Super Kubokunun (2), UEFA Kuboklar Kubokunun (1), UEFA Super Kubokunun (1) qalibi olub, UEFA Kubokunda final oynayıb. 

"Sparta"nın heyətində isə Çexslovakiya çempionluğunu (1), kubokunu (1) və Liqa Kubokunu (1) qazanıb.

Ulduz futbolçu Çexiya millisinin heyətində 1994-2006-cı illərdə 91 oyuna çıxaraq 18 qol vurub. Milli ilə "AVRO-1996"da final, "AVRO-2004"də yarımfinal oynayıb, 1997-ci ildə FIFA Konfederasiyalar Kubokunun bürünc medalını qazanıb.

Fanat.Az 

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər