Yaşayan ən yaxşı 125 futbolçu arasına düşən "Yuventus"un qapıçısı Canluigi Buffonun dünyalar gözəli həyat yoldaşı Alena Seredova ilə tanışlığının maraqlı tarixçəsi var. Fanat.az xəbər verir ki, italyan qolkiper çex əsilli gözəli "yola gətirmək" üçün düz 4 il əziyyət çəkib.
Çexiyada məşhurlaşan Alena daha sonra modellik karyerasını İtaliyada davam etdirmək qərarına gəlib. Podyuma ayaq atdığı ilk gündən italyan kişilərin rəğbətini qazanan çex gözəlinin arxasınca düşənlərdən biri də Buffon olub. Nəhayət qolkiper onun ürəyinə yol taparaq, nigah masasına oturda bilib.
Fanat.az