"Yuventus"un baş məşqçisi müəyyənləşdi

"Yuventus"un baş məşqçisi müəyyənləşdi
"Yuventus"un yeni baş məşqçisi müəyyənləşib. Fanat.az xəbər verir ki, Turin klubu Massimiliano Alleqriyə tapşırılıb.
Bu barədə klubun rəsmi saytı məlumat yayıb. O, dünən istefa verən Antonio Konteni əvəzləyib. Alleqrinin müqaviləsi 2 illikdi. İtaliya mətbuatının məlumatına görə, baş məşqçi ildə 2 milyon avro qazanacaq.
Qeyd edək ki, 46 yaşlı mütəxəssis məşqçi karyerası ərzində "Aqlianese", "Real SPAL", "Qrosseto", "Sassuolo", "Kalyari" və "Milan" klublarını çalışdırıb. O, "Milan"ı İtaliya çempionu (2010/11) və Superkubokunun qalibi (2011) edib.
Fanat.az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər