"Yuventus"un ağ-qara əfsanəsi: Canluici Buffon

"Yuventus"un ağ-qara əfsanəsi: Canluici Buffon
Avropa Liqasının 1/4 final mərhələsinin "Olimpik"lə (Lion) oyunu "Yuventus"un qapıçısı Canluici Buffon üçün əlamətdar olub. Fanat.az xəbər verir ki, italyan qapıçı 700-cü oyununu keçirib.
Peşəkar karyerasına "Parma" forması ilə başlayan Buffon bu klubda 220 rəsmi matça çıxıb, İtaliya Kubokunu (1998/99), UEFA Kubokunu (1998/99) və İtaliya Superkubokunu (1999) qazanıb. 2001-ci ildə "Yuventus"a keçən qolkiper Turin klubunda 480 oyun keçirib. Bu müddətdə o, 4 dəfə A Seriyasının və 4 dəfə İtaliya Superkubokunun qalibi olub. Ötən ilin oktyabrın A Seriyasında 500-cü oyununu keçirən Canluci martda "Yuventus"la 476-cı matçını keçirərək Dino Zoffun rekordunu qırıb və klub tarixində ən çox oyuna çıxan qapıçı olub.
Buffonun karyerasından seçmələr
- 1998/99 mövsümündə "Parma"nın heyətində UEFA Kubokunu, İtaliya Kubokunu və Superkubokunu qazanıb
- 26 avqust 2001-ci ildə "Yuventus"un formasını ilk dəfə geyinib və "Venise"yə qarşı oynayıb
- 2002/03 mövsümündə "Yuventus"u Çempionlar Liqasının finalına çıxaran penaltini dəf edib
- 2001/02 mövsümündə ilk dəfə İtaliya çemionu olub. O, 2002/03, 2011/12 və 2012/13 mövsümlərində eyni uğuru təkrarlayıb
- 2002, 2003, 2012 və 2013-cü illərdə "Yuventus"la İtaliya Superkubokuna sahib çıxıb
- 2006-cı ildə dünya çempionu olan Buffon "Yuventus"la B Seriyasında oynayıb. Buna səbəb klubun oyun alqı-satqısına görə cəzalandırılması olub
- 2003, 2004, 2006 və 2007-ci illərdə İFFHS tərəfindən dünyanın ən yaxşı qapıçısı seçilib
- 2006-cı ildə FIFA tərəfindən "Lev Yaşin Mükafatı"na layiq görülüb
- İFFHS tərəfindən 10 illiyin ən yaxşı qapıçısı seçilib (2000-2010)
- 2012-ci ildə Avropa çempionatında final oynayıb
- 2013-cü ildə FIFA Konfederasiyalar Kubokunda bürünc medal qazanıb
- 2013/14 mövsümündə 745 dəqiqə qapısında qol görməyərək qırılması çətin olan rekorda imza atıb
Fanat.az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər