“Roma”nın yarımmüdafiəçisi Radca Nainqqolan “Yuventus”u niyə sevmədiyinə aydınlıq gətirib. Fanat.Az xəbər verir ki, orta xətt oyunçusu “Football İtalia”ya səmimi açıqlama verib:
“Mən “Yuventus”u sevməyənlərdənəm. “Kalyari”də oynayanda onları yenmək üçün bacardığımdan artığını etməyə hazır idim. Bu komandayla rəqib meydanında həmişə heç-heçə oynamışıq. “Yuventus”dan niyə zəhləm gedir ? Səbəb sadədi: Turin klubu bir qayda olaraq, penalti və ya cərimə zərbəsindən vurulan qollar hesabına qələbə qazanır. “Roma”ya keçdim ki, nəsə qazanım və kimlərinsə köməyi hesabına uğura qovuşan turinlilərin heç olmasa, bir arzusunu gözündə qoyum. Çempionatda bacarmasaq belə, kubokda sözümüzü deyəcəyik. İnanın, “Latsio”nu hər iki yarımfinal görüşündə yenəcəyik”.
Qeyd edək ki, 23 turdan sonra “Roma” lider “Yuventus”dan 7 xal geri qalır. İtaliya Kubokunun yarımfinalında “Roma” “Latsio”yla, “Yuventus” isə “Napoli”ylə münasibətlərinə aydınlıq gətirəcək.
Fanat.Az