"Yuventus"dan Kosta bombası

"Yuventus"dan Kosta bombası

"Yuventus"un bu yay heyətinə qatmaq istədiyi futbolçulardan birinin kimliyi müəyyənləşib. Fanat.Az xəbər verir ki, Turin klubu "Bavariya"nın Duqlas Kostaya göz dikib.

"FOX Sports İtaliya"nın məlumatına görə, "Yuventus"un almanlara təklif edəcəyi məbləğ də artıq bəllidi. İtalyanlar braziliyalı sol cinah futbolçusu üçün 35 milyon dollar ödəməyə hazırdı.

Qeyd edək ki, "Bavariya" Kostanı 2015-ci ildə "Şaxtyor"dan 35 milyon avroya alıb. Braziliyalı futbolçu cari mövsümdə 27 rəsmi oyuna çıxıb və 7 qol vurub.

Fanat.Az

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər