İtaliya A seriyasında çempionluğu rəsmiləşdirən "Yuventus"da Mario Leminanın taleyinə aydınlıq gəlib. Fanat.az xəbər verir ki, Turin təmsilçisi 22 yaşlı futbolçunu birdəflik transfer edib.
Belə ki, icarə əsasında İtaliya klubunda çıxış edən Leminaya görə, müqavilə ilə məxsus olduğu "Marsel"ə 9,5 milyon avro ödənilib. Bundan sonra isə gənc oyunçu "Yuventus"la 4 illik sözləşmə imzalayıb.
Xatırladaq ki, o, bu mövsüm meydana çıxdığı 15 qarşılaşmada 2 dəfə qol sevinci yaşayıb.
Fanat.az