"Yuventus"un Paul Poqbanın yerinə transfer etmək istəydi futbolçunun kimliyi müəyyənləşib. Fanat.Az xəbər verir ki, Turin klubu Kesk Fabreqasa elçi düşüb.
"Yuventus"un tezliklə bu futbolçu üçün "Çelsi"yə təklif göndərəcəyi deyilir. İngiltərə mətbuatı artıq London klubunun Fabrenas üçün tələb etdiyi məbləği də müəyyənləşdirib. "Zadəganlar"ın ispan yarımmüdafiəçini 45 milyon avrodan aşağı satmaq niyyətində deyil.
Beləliklə, bu yay Paul Poqbanı 105 milyon avroya "Mançester Yunayted"ə satan, Qonzalo Hiquaynı "Napoli"dən 90 milyona alan "Yuventus" daha bir supertransferi reallaşdırmaq niyyətindədi.
Qeyd edək ki, "Çelsi" Fabreqas 2014-cü ildə "Barselona"dan 33 milyon avroya alıb. Hazırda "Transfermarkt" 29 yaşlı futbolçuya 45 milyon avro qiymət qoyub. İspan yarımmüdafiəçi ötən mövsüm meydana çıxdığı 49 rəsmi oyunda 6 qol vurub.
Fanat.Az