"Yuventus"dan 40 milyonluq transfer

"Yuventus"dan 40 milyonluq transfer

"Yuventus” "Fiorentina”nın hücumçusu Federiko Bernardeskinin transferinə çox yaxındır. 

Fanat.Az xəbər verir ki, bu barədə klubun rəsmi Tvitter səhifəsi məlumat yayıb.

 

23 yaşlı futbolçu bu gün tibbi müayinədən keçmək üçün Turinə gedib.

Bu transfer "Yuventus”a 40 milyon avroya başa gələcək. 

Qeyd edək ki, 2014-cü ildən "Fiorentina"da çıxış edən İtaliya millisinin üzvü 72 oyuna 24 qol vurub.

Fanat.Az

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər