"Yuventus" qapıçısı Mattiya Perinlə müqavilə yeniləyib.
Fanat.Az xəbər verir ki, məlumatı klubun mətbuat xidməti yayıb.
31 yaşlı qolkiperin 3 illik anlaşmaya imza atdığı bildirilib.
Qeyd edək ki, Perin 2018-ci ildən "Yuventus"un formasının geyinir. O, cari mövsüm komandanın heyətində 4 oyun keçirib.
Nihat