"Yuventus"da şok istefa

"Yuventus"da şok istefa
"Yuventus"da gözlənilməz istefa reallaşıb. Fanat.az xəbər verir ki, Turin klubunun baş məşqçisi Antonio Konte postunu tərk edib. 
İtaliya mətbuatının məlumatınra görə, bu gün klub rəhbərliyi ilə görüşən baş məşqçi istefa vermək qərarına gəlib. Artıq klubun rəsmi saytı xəbəri təsdiq edib. Açıqlamada bildirilir ki, Kontenin müqaviləsi qarşılıqlı razılıq əsasında pozulub. Klubun "Twitter" hesabı isə baş məşqçinin rəhbərliklə transfer məsələlərində anlaşa bilmədiyini yazıb. 
İtaliya mətbuatının məlumatına görə, onun yerinə hazırda iki namizəd var. Belə ki, klub rəhbərliyi hazırda Roberto Mançini və Massimiliano Allegrinin namizədliyini müzakirə edir. Konte isə İtaliya millisinə gedə bilər.
Qeyd edək ki, Konte 2011-ci ildən "Yuventus"a başçılıq edirdi. Ardıcıl 3 mövsümdə komandanı çempion edən (2011/12, 2012/13, 2013/14) 44 yaşlı mütəxəssis İtaliya Kubokunda final oynayıb (2011/12) və 2 dəfə Superkuboka sahib çıxıb (2012, 2013). O, Turin klubundan əvvəl "Arezzo", "Bari", "Atalanta" və "Siena" klublarını çalışdırıb.
Konte futbolçu kimi 1991-2004-cü illərdə "Yuventus"da çıxış edib (419 oyun, 44 qol). Bu müddətdə o, 15 kubok qazanıb: A Seriyası (5 dəfə), İtaliya Kuboku (1), Superkuboku (4), Çempionlar Liqası (1), UEFA Kuboku (1), Avropa Superkuboku (1), İntertoto Kuboku (1), klublararası dünya çempionatı (1).
Fanat.az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər