"Yuventus"a bombalı hücum: baş məşqçi yaralandı - Dünya şokda

"Yuventus"a bombalı hücum: baş məşqçi yaralandı - Dünya şokda
İtaliya çempionatında "Boloniya" ilə oynayacağı matç üçün səfərə gedən "Yuventus"un avtobusuna kustar üsulla hazırlanmış bomba ilə hücum edilib. Fanat.az xəbər verir ki, hücum Boloniya şəhərində baş tutub. 
Hücumu "Boloniya" azarkeşlərinin təşkil etdiyi bildirilir. Avtobusa atılan bombanın partlaması nəticəsində "Yuventus"un baş məşqçisi Massimiliano Alleqri yüngül yaralanıb.
Həmçinin avtobusa da ciddi ziyan vurulduğu qeyd edilir.
Qeyd edək ki, "Boloniya" "Yuventus" oyunu 0:0 hesabı ilə başa çatıb.
Fanat.az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər