"Yuventus" klubu yarımmüdafiəçisi Fabio Miretti ilə yollarını ayırıb.
Fanat.Az xəbər verir ki, Tirin klubu rəsmi saytı vasitəsilə 21 yaşll futbolçunun "Cenoa"ya leçidi barədə açıqlama yayıb.
Yarımmüdafiəçi bu mövsümün sonuna kimi icarə əsasında sözügedən komandada çıxış edəcək.
Tərəflər arasında icarə müqaviləsində satın alma variantı nəzərdə tutulmur.
Fabio “qoca sinyora”nın akademiyasının məzunudur. Miretti "Yuventus"un əsas heyətində 75 oyun keçirib, 2 qol vurub, 5 məhsuldar ötürmə edib.
Onun Turin nəhəngi ilə müqaviləsinin müddəti 2025-ci ilin ortalarına qədərdir və bazar dəyəri 15 milyon avrodur.