Yayın transfer bombasını "Yuventus" "partlada" bilər. Fanat.az xəbər verir ki, Turin klubu Ceyms Rodrigesə elçi düşüb.
"Real"da gözlənilən oyunu sərgiləməyən kolumbiyalı ulduzun komandanı tərk etməsi gündəmə gəlib. "Yuventus" bu şansdan yararlanaraq Rodrigesi heyətinə qatmaq istəyir. İtaliya klubu yaxınlarda "Real"a təklif göndərəcək.
Qeyd edək ki, Rodriges Avropaya 2010-cu ildə gəlib. Argentinanın "Banfield" klubundan 7,3 milyon avroya "Portu"ya transfer olunan kolumbiyalı ulduz 3 il sonra 45 milyon avroya "Monako"ya satılıb. "Real" isə 2014-cü ildə onu 75 milyon avroya alıb. Cari mövsümdə 29 rəsmi oyuna çıxan 24 yaşlı yarımmüdafiəçi 8 qol vurub.
Fanat.az