"Yuventus" qapıçısından qurtulmaq istəyir - SƏBƏB

"Yuventus" qapıçısından qurtulmaq istəyir - SƏBƏB

Baş məşqçi Tyaqo Mottanın əsas qolkiper gözü olə baxmadığı Voytsex Şensnı "Yuvenstus"u tərk etməyə yaxındır.

Fanat.Az xəbər verir ki, məlumatı "Juvelive.it" yayıb.

"Ağ-qaralar"ın yüksək ödənişli qolkiperi satmaqda maraqlı olduqları bildirilib. Xəbərə görə, müqaviləsinin müddəti 2025-ci ilin yayında başa çatacaq Voytsexi  "Napoli", "Montsa" və "Fiorentina" istəyir.

Qeyd edək ki, Şensnı 2017-ci ildən "Yuventus"un uğurları üçün çalışır. İndiyədək "qoca sinyora"nın forması ilə 252 matça çıxan polşalı futbolçu 103 görüşdə qapısını toxunulmaz saxlayıb.

Nihat

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər