"Yuventus" niderlandlı ulduzun keçidini elan etdi

"Yuventus" niderlandlı ulduzun keçidini elan etdi

"Atalanta"nın və Niderland millisinin yarımmüdafiəçisi Ten Kopmeyners karyerasını "Yuventus"da davam etdirəcək.

Fanat.Az xəbər verir ki, Turin klubun mətbuat xidməti keçidi rəsmən yayıb. 

26 yaşlı futbolçu ilə 5 illik müqavilə imzalanıb.

Yerli KİV "Yuventus"la "Atalanta"nın 52 milyon avro və 6 milyon bonus qarşılığında razılığa gəliblər. Futbolçu özü isə mövsümdə 4 milyon maaş alacaq.

Kopmeyners 2023/24 mövsümündə "Atalanta"nın heyətində bütün yarışlarda 51 matça çıxaraq 15 qol vurub və 7 məhsuldar ötürmə edib.

"Yuventus" İtaliya çempionatının iki turundan sonra 6 xalla birinci yerdədir. 

Mirağa

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər