"Yuventus" Mottanı qovub onu gətirdi - RƏSMİ

"Yuventus" Mottanı qovub onu gətirdi - RƏSMİ

"Yuventus" yeni baş məşqçisinin adını açıqlayıb.

Fanat.Az xəbər verir ki, məlumatı Turin klubunun mətbuat xidməti yayıb. 

Tyaqo Motta ilə əməkdaşlığa son qoyan "ağ-qaralar" İqor Tudorla müddəti cari mövsümün sonuna qədər olan müqavilə imzalayıblar. Anlaşmanın sonradan 1 il müddətinə uzadılması da nəzərdə tutulub. Xorvatiyalı mütəxəssisin qarşısına qoyulan əsas tələb Çempionlar Liqasına vəsiqədir.

Tudorun çalışdırdığı son klub "Latsio" olub. O, İtaliya komandasını ötən ilin martında tərk edib. 

Qeyd edək ki, "Yuventus" hazırda İtaliya A Seriyasının turnir cədvəlində 52 xalla 5-ci yerdədir. Lider "İnter"in 64 xalı var. Motta 2024-cü ilin yayından "Yuventus"u çalışdırırdı.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər