"Yuventus" italiyalı ulduzunu geri qaytarmaq istəyir

"Yuventus" italiyalı ulduzunu geri qaytarmaq istəyir

"Liverpul"un yarımmüdafiəçisi Federiko Kyeza bu qış sabiq klubu "Yuventus"a qayıda bilər.

Fanat.Az "La Gazzetta dello Sport"a istinadən xəbər verir ki, Turin təmsilçisi Kyezanı icarəyə götürmək istəyir.

"Qoca sinyora" yarımmüdafiə xəttini gücləndirməkdə israrlıdır.

Qeyd edək ki, Kyeza 2024-cü ilin yayında "Yuventus"u "Liverpul"a dəyişib. İtaliyalı futbolçunun "Liverpul" la hazırkı müqaviləsinin müddəti 2028-ci ilə qədərdir.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər