"Sevilya" "Yuventus"un futbolçusunu transfer edib. Fanat.az хəbər verir ki, ispan klubu Fernando Llorenteni heyətinə qatıb.
"Sevilya"nın yaydığı açıqlamada bildirilir ki, 30 yaşlı futbolçunun transferi üçün "Yuventus"la razılıq əldə olunub. Llorente həkim müayinəsindən sonra müqavilə imzalayacaq.
Qeyd edək ki, Llorente 2013-cü ildə "Atletik"dən "Yuventus"a keçmişdi. Turin klubu müqavləsi başa çatmış futbolçunun keçidinə görə İspaniya təmsilçisinə pul ödəməmişdi.
Fanat.az