"Yuventus" darmadağın etdi, "Barsa" 1 qolla keçdi

"Yuventus" darmadağın etdi, "Barsa" 1 qolla keçdi
Çempionlar Liqasında 1/8 final mərhələsinə yekun vurulub. Fanat.az хəbər verir ki, bu gecə son iki 1/4 finalçı müəyyənləşib.
"Barselona" "Nou Kamp"da "Mançester Siti"ni qəbul edib. Kataloniya klubu səfər matçında "şəhərlilər"i 2:1 hesabı ilə yenmişdi. Doğma meydanda İvan Rakitiçin qoluna sevinən "Barsa" 1/4 finala çıхıb - 1:0.
Günün digər oyununda isə Dortmund "Borussiya"sı "Yuventus"u qəbul edib. Komandalar arasında ilk oyunda italyanlar qələbə qazanmışdı - 2:1. Turin təmsilçisi bu dəfə darmadağına sevinib - 3:0. Karlos Tevezin dubl etdiyi oyunda Alvaro Morata bir qol vurub.
Qeyd edək ki, bundan əvvəl "Real", "Atletiko" (ikisi də İspaniya), PSJ, "Monako" (ikisi də Fransa), "Bavariya" (Almaniya) və "Portu" (Portuqaliya) 1/4 finala vəsiqə qazanmışdı.
Çempionlar Liqası
1/8 final
Cavab oyunları
17 mart
Barselona (İspaniya) - Mançester Siti (İngiltərə) 1:0
Qol: İvan Rakitiç, 31.
Hakimlər: Canluca Roççi, Elenito Di Liberatore, Canluca Kariolato, Alessandro Giallatini (İtaliya).
Əlavə köməkçi hakimlər: Paolo Taqliavento, Daniel Orsato (İtaliya).
İlk oyun - 2:1.
Barselona. "Nou Kamp" stadionu.
Borussiya (Dortmund, Almaniya) - Yuventus (İtaliya) 0:3
Qollar: Karlos Tevez, 3; 79. Alvaro Morata, 70.
Hakimlər: Milorad Maziç, Milovan Ristiç, Dalibor Curjeviç, Deyan Petroviç (Serbiya).
Əlavə köməkçi hakimlər: Danilo Qruyiç, Deyan Filipoviç (Serbiya).
İlk oyun - 1:2.
Dortmund. "Signal İduna Park".
Fanat.az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər