Simon Zaza yayda "Yuventus"u tərk edə bilər. Fanat.az xəbər verir ki, Turin klubunda əsas heyət oyunçusuna çevirilə bilməyən 24 yaşlı forvarda A Seriyasından və xaricdən təkliflər var.
Konkret olaraq, Zazanın xidmətindən "Milan" və "Çelsi" maraqlıdı. "Yuventus" ona 30 milyon avro qiymət qoyub və bu məbləği ödəyən klub hücumçunu heyətinə qata bilər.
Qeyd edək ki, "Yuventus" 2013-cü ildə 10 milyon avroya "Sassuolo"ya satdığı Zazanı yayda 18 milyon avro qarşılığında geri qaytarıb. 24 yaşlı forvard cari mövsümdə 20 rəsmi oyuna çıxıb və 7 qol vurub.
Fanat.az