"Yuventus" braziliyalı oyunçusu ilə müqavilə yenilədi

"Yuventus" braziliyalı oyunçusu ilə müqavilə yenilədi

"Yuventus" rəsmi saytı vasitəsi ilə mərkəz müdafiəçisi Bremerlə müqavilə yenilədiyini açıqlayıb.

Fanat.Az xəbər verir ki, arxa xətt oyunçusu müddəti 2029-cu ilə qədər nəzərdə tutulan anlaşmaya qol çəkib.

Qeyd edək ki, "Yuventus" braziliyalı futbolçunu 2022-ci ilin yayında "Torino"dan transfer edib. Ötən mövsüm "ağ-qaralar"ın forması ilə bütün turnirlərdə 40 matça çıxan Bremer 3 qol vurub. "Transfermarkt" portalı onun transfer qiymətini 60 milyon avro ilə dəyərləndirir.

Nihat  

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər