"Yuventus" gələn mövsüm üçün heyətini gücləndirmək məqsədilə istedadlı braziliyalı müdafiəçi Yan Koutonu hədəfə alıb.
Fanat.Az xəbər verir ki, informasiyanı "Tuttospor" yayıb.
"Jirona" ilə icarə müqaviləsi bitdikdən sonra "Mançester Siti"yə qayıdan Kouto bu dəfə "Yuventus"a icarəyə verilə bilər. Koutonun keçidi alınsa, bu, baş məşqçi Tyaqo Mottanın təyinatından sonra üçüncü diqqət çəkən transfer olacaq. Turin nəhəngi bundan əvvəl Duqlas Luis və Kefren Türamın keçidini razılaşdırıb.
"Jirona"nın futbolçusu kimi La Liqada özünü yaxşı tərəfdən göstərən Kouto son mövsümdə 39 oyunda 2 qol vurub, 10 məhsuldar ötürmə edib və Kataloniya komandasının Çempionlar Liqasına vəsiqə qazanmasına töhfə verib.
Mirağa