Heyətini gücləndirməyə çalışan "Yuventus" axtardığını Fransada tapıb.
Fanat.Az xəbər verir ki, məlumatı "Calciomercato" yayıb.
Xəbərə görə, "Lill"in hücumçusu Conatan Devid İtaliyada çıxış edə bilər. "Yuventus" futbolçu üçün mübarizə aparır.
Futbolçunun "İtlər" ilə müqaviləsi 2025-ci ilin iyununda başa çatır. "Transfermarkt" oyunçunun dəyərini 50 milyon avro qiymətləndirir.
Devid 2020-ci ildən "Lill"in şərəfini qoruyur. Fransa təmsilçisinin heyətində 192 matçda 87 qol vuran hücumçu 20 məhsuldar ötürmə edib.
Mirağa