İtaliya A Seriyasında 2014/15 mövsümünün qalibi müəyyənləşib. Fanat.az хəbər verir ki, "Yuventus" sona 4 tur qalmış çempionluğunu elan edib.
Turin klubu XXXIV turda "Sampdoriya"nın qonağı olub. Oyun "Yuventus"un 1:0 hesablı qələbəsi ilə yekunlaşıb. Matçın yeganə qoluna 32-ci dəqiqədə Arturo Vidal imza atıb.
Bu qələbə sayəsində хal hesabını 79-a yüksəldən "Yuventus" rəqibləri üçün əlçatmaz olub və çempionluğunu elan edib. Bir oyun əskik keçirən "Latsio" Turin klubundan 17 хal geri qalır ki, qarşıdakı 5 oyunda onların bu fərqi aradan qaldırması mümkün deyil.
Qeyd edək ki, "Yuventus" ardıcıl 4-cü dəfə A Seriyasının qalibi olub. Turin klubu ümumilikdə 33 dəfə İtaliya çempionatının qızıl medallarını qazanıb.
| 1. | Yuventus | 34 | 24 | 7 | 3 | 64:19 | 79 |
| 2. | Latsio | 33 | 19 | 5 | 9 | 63:31 | 62 |