"Yuventus" "Cenoa"nın yarımmüdafiəçisi Rolando Mandraqoranı transfer edib. Fanat.az xəbər verir ki, bu barədə klubun rəsmi saytı məlumat yayıb.
Turin klubu 18 yaşlı yarımmüdafiəçi ilə 5 illik müqavilə imzalayıb. "Yuventus" onu təcrübə qazanmaq üçün dərhal B Seriyasında çıxış edən "Peskara"ya icarəyə verib. O, yayadək bu komandada çıxış edəcək.
"Yuventus" Mandraqora üçün "Ceona"ya 6 milyon avro transfer haqqı ödəyəcək.
Fanat.az