"Yuventus" 30 milyonluq transferə hazırlaşır

"Yuventus" 30 milyonluq transferə hazırlaşır

Paul Poqbanı "Mançester Yunayted"ə 105 milyon avroya satan, "Napoli"dən Qonzalo Hiquaynı 90 milyona alan "Yuventus" Blayse Matuidini transfer etmək istəyir. Fanat.Az xəbər verir ki, Turin klubu Poqbanın boşluğunu fransız futbolçu vasitəsi ilə doldurmaq niyyətindədi.

Artıq "Yuventus" Matuidinin özü ilə anlaşma əldə edib. Futbolçu özü Turində yaşamaq istəyir. İtalyanlar ona illik 4,5 milyon avro təklif edib.

PSJ ilə isə hələ razılıq əldə olunmayıb. Məlumata görə, "Yuventus" rəsmiləri qarşı tərəflə Çempionlar Liqasının qalasında görüşmək və 30 milyon avroluq təklif etmək niyyətindədi.

Qeyd edək ki, "Yuventus" Matuidini 2011-ci ildə "Sent-Etyen"dən 8 milyon avroya almışdı. Hazırda "Transfermarkt" ona 30 milyon avro qiymət qoyub.

Fanat.Az

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər