"Yuventus Arena"ya iki bilet: kimlər sevinəcək?

"Yuventus Arena"ya iki bilet: kimlər sevinəcək?
Çempionlar Liqasının Avropa Liqasında da finalçılar müəyyənləşir. Fanat.az xəbər verir ki, bu gecə yarımfinal mərhələsinin cavab qarşılaşmaları oynanılacaq.
Turində "Yuventus" "Benfika"nı qəbul edəcək. İspaniyada isə La Liqa təmsilçiləri - "Valensiya" və "Sevilya" üz-üzə gələcək. Hər iki qarşılaşma Bakı vaxtı ilə saat 00.05-də başlayacaq. 
208-ci qarşılaşma
"Sevilya" "Valensiya"nın qarşısına üstünlüklə keçiriləcək. Belə ki, Sevilyada keçirilən ilk qarşılaşmada meydan sahibləri Stepan Mbia və Karlos Bakkanın qolları ilə 2:0 hesablı qələbə qazanıb. Valensiyadakı "Mestalla" stadionunda baş tutacaq cavab matçını serb FIFA referisi Milorad Maziç idarə edəcək.
"Valensiya" və "Sevilya" 208-ci dəfə üz-üzə gələcək. Geridə qalan 207 matçda "Valensiya" 95, "Sevilya" 77 qələbə qazanıb, 35 oyunda qalib müəyyənləşməyib. "Sevilya" 2006 və 2007-ci illərdə ardıcıl iki dəfə UEFA Kubokunu başı üzərinə qaldırıb, "Valensiya" isə 2004-cü ildə eyni uğura imza atıb.
"Yuventus" evindəki finalı istəyir
"Benfika" evindəki ilk matçda 2:1 hesablı qələbə qazanıb. Hesabı 2-ci dəqiqədə meydan sahiblərindən Garay açıb, 73-cü dəqiqədə Tevez bərabərliyi təmin edib. 84-cü dəqiqədə isə Lima portuqaliyalıların qələbə qoluna imza atıb. "Yuventus Arena"dakı matçı ingilis FIFA referisi Mark Klattenburq idarə edəcək.
Avropa Liqasının final matçı Turində - "Yuventus Arena"da keçiriləcək. "Yuventus" bu finala vəsiqə qazanmaqla azarkeşlərini sevindirmək istəyir.
18 il sonra finala?
Avropa Liqasında (həmin vaxt UEFA Kuboku adlanırdı) sonuncu dəfə 1994/95 mövsümdə finala çıxan "Yuventus" "Benfika" səddini keçəcəyi halda 18 il sonra final oynayacaq. Turin klubu 1994/95 mövsümündəki finalda A Seriyasındakı rəqibi "Parma" ilə qarşılaşmışdı. İlk matçda (həmin vaxt final iki oyundan ibarət olub) 0:1 hesabı ilə yenilən "Yuve" cavab qarşılaşmasında heç-heçə edib - 1:1. 
"Yuventus" indiyədək 3 dəfə turnirin qalibi olub və "İnter"lə birlikdə bu kuboku ən çox qazanan klubdu. Turin təmsilçisi 1977, 1990 və 1993-cü illərdə kuboku başı üzərinə qaldırıb. 
"Benfika" isə sonuncu dəfə Avropa Liqasında ötən mövsüm final oynayıb. Həlledici matçda İngiltərənin "Çelsi" klubu ilə qarşılaşan portuqaliyalılar 1:2 hesabı ilə yenilmişdi. "Benfika" heç vaxt bu kubokun sahibi olmayıb. 1982/83 və 2012/13 mövsümlərində finala çıxan komanda "Anderlext"lə "Çelsi"yə yenilib. 
"Yuventus"la "Benfika" avrokuboklarda 6-cı dəfə qarşı-qarşıya gələcək. Arxada qalan 5 matçda portuqaliyalılar 4, italyanlar 1 qələbə qazanıb. "Benfika"nın 7 qoluna "Yuventus" 5 dəfə cavab verə bilib. 
Fanat.az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər