"Yığmaya çağırılan futbolçular öz klublarında az oynayanlardır" - Ağasəlim Mircavadov

"Yığmaya çağırılan futbolçular öz klublarında az oynayanlardır" - Ağasəlim Mircavadov

Azərbaycan millisi sentyabrın 27-də Litva ilə qarşılaşacaq. Yığmamızın sabiq çalışdırıcısı Ağasəlim Mircavadovla əlaqə saxlayıb səfər matçı barədə fikirlərini soruşduq. Onun Fanat.Az -a açıqlaması belə oldu: “Millimizin məqsədi qrupda birinci yer tutmaqdır. Bunun üstündə çalışırlar. Yığmaya çağırılan futbolçular öz klublarında az oynayanlardır. Bu, problem yarada bilər. Tacikistanla matçda da bəzi çatışmazlıqlar göründü. Litva ilə görüşdə də oyunçular gərək xarakter göstərsinlər. Əlverişli nəticə ilə geri dönə bilərik. Sistemə uyğunlaşmaq lazımdır. Ümid edirəm ki, millimiz qələbə ilə qayıdacaq”. Əlisahib İbrahimli

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər