London “Arsenal”ının sabiq yarımmüdafiəçisi Rober Pires “topçular”ın Arsen Vengerlə yeni müqavilə bağlamaq istədiyi haqda dolaşan informasiyaları təsdiqləyib. Fanat.Az Fransa mətbuatına istinadən xəbər verir ki, Pires belə deyib:
“Məncə, o, yeni müqaviləyə qol çəkəcək. Ən pis halda, daha bir il “Arsenal”ın baş məşqçisi olmağa razılaşacaq. Rəhbərlik Vengeri dəstəkləyir, azarkeşlər isə titul arzusundadı. Təəssüf ki, futbolçular işinin öhdəsindən gələ bilmir. Hazırda İngiltərə kubokunu qazanmaq şansları var. Nəyisə dəyişməli, uğura doğru addımlamağın yolunu tapmalıdılar.Yeni müqavilə onun masasının üstündədi. Sadəcə, qol çəkməlidi, vəssalam”.
Fanat.Az