"Xəzər Lənkəran"ın yeni transferi "Böyük oyun"u görməyəcək

"Xəzər Lənkəran"ın yeni transferi "Böyük oyun"u görməyəcək

"Xəzər Lənkəran"ın yeni transferi Tural Qürbətov sıradan çıxıb. Fanat.az xəbər verir ki, gənc futbolçu cəzalı duruma düşüb.

Belə ki, o, bu gün "Qarabağ"la oyunun 20-ci dəqiqəsində qeyri-idman hərəkətinə görə cəzalanaraq sarı vərəqə limitini doldurub. Mövsümün ilk yarısını "Rəvan"da çıxış edən futbolçu 3 sarı vərəqə almışdı. Dünən "Xəzər Lənkəran"da debüt edən Qürbətov ilk oyunda cəzalanıb. O, bu səbəbdən XXI turda "Neftçi"yə qarşı oynamayacaq.

Fanat.az

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər